İQTİSADİYYAT


Yerli sığorta bazarının mövcud problemləri müzakirə olunmuşdur

Bakı, 28 may (AZƏRTAC). “AXA MBASK” sığorta şirkəti Qəbələdə sığorta agentliklərinin “Güclü brend ilə fərq yaratmağa davam edirik” mövzusunda III illik forumunu keçirmişdir.

Şirkətdən AZƏRTAC-a bildirilmişdir ki, üç gün davam edən forumda sığorta agentliklərinin rəhbərləri və “AXA MBASK” ilə əməkdaşlıq edən sığorta agentləri iştirak etmişlər.

Forumda yerli sığorta bazarının mövcud problemləri, sığorta agentliklərinin inkişafına dair planlar, agent şəbəkəsi vasitəsilə icbari və könüllü sığorta növlərinin satışı və əməliyyat proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər və layihələr müzakirə olunmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.