İQTİSADİYYAT


Yerli şirkətlərin məhsullarından ibarət sərgi keçiriləcək

Bakı, 18 fevral, AZƏRTAC

Fevralın 20-dən 22-dək Bakı İdman Sarayında yerli məhsulların və xidmətlərin tanıdılması məqsədilə “Partners and Business” sərgisi keçiriləcək.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildiriblər ki, KOBİA-nın Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, “Kapital Bank” və “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə keçiriləcək sərgidə sənaye, kənd təsərrüfatı, qida, informasiya-kommunikasiya texnologiyaları, təhsil, inşaat, logistika və digər sahələrdə yerli şirkətlər tərəfindən istehsal olunan məhsul və xidmətlər təqdim ediləcək.

Sərgidə ümumilikdə 150-dək şirkətin iştirakı nəzərdə tutulub. Bu sərginin təşkilində məqsəd Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.