İQTİSADİYYAT
Yerli və xarici iş adamları investisiya müsabiqəsi vasitəsilə özəlləşdirmədə iştiraka dəvət edilir
Bakı, 26 dekabr, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yerli və xarici iş adamlarını investisiya müsabiqəsi vasitəsilə özəlləşdirmədə iştiraka dəvət edir.
Komitədən AZƏRTAC-a bildirilib ki, investisiyanın həcmindən və icra olunacaq layihənin xüsusiyyətindən asılı olaraq, dövlət büdcəsinə ediləcək ödənişlərə müəssisənin bazar dəyəri ilə müqayisədə böyük güzəştlərin tətbiqi nəzərdə tutulur. Həmçinin hər hansı müəssisənin özəlləşdirilməsinə maraq yaranarsa təşkilatlararası müsabiqə komissiyası tərəfindən ən azı 30 gün əvvəl satış şərtlərini özündə əks etdirən elan verilməklə bütün iddiaçılara bərabərhüquqlu şərait yaradan şəffaf müsabiqə proseduru icra ediləcək.
Maraqlananlar həmin müəssisələr haqqında ətraflı məlumatları “Özəlləşdirmə portalı”ndan (http://privatization.az/index.php/az/sas-s-hif/mue-ssis-l-r-2/mue-ssis-l-r-3) əldə edə bilərlər. Eyni zamanda, müəssisələrə yerində baxış keçirmək, layihə və biznes planları üçün ən uyğun müəssisə barədə fikir mübadiləsi aparmaq məqsədilə 490 24 08 (daxili: 208 və 191) əlaqə nömrəsinə zəng edə, [email protected] elektron ünvanına yaza və ya Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50 (Əmlak Məsələləri Dövlət Komitəsi, otaq № 802) ünvanına müraciət etmək olar.