Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Yetkinlik yaşına çatmayanlar arasında narkotik və psixotrop maddələrdən istifadə ilə bağlı analitik hesabat təqdim olunub

Bakı, 6 iyul, AZƏRTAC

İyulun 6-da Bakıda “Yetkinlik yaşına çatmayanlar arasında narkotik və psixotrop maddələrdən istifadə dərəcəsinin qiymətləndirilməsi üzrə analitik hesabat”ın təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) mətbuat xidmətinin rəhbəri Teymur Məmmədov hesabat haqqında məlumat verərək onun dövlət komitəsinin sifarişi əsasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası tərəfindən hazırlandığını diqqətə çatdırıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bəşəriyyət üçün təhlükəli problem olan narkomaniyanın ciddi narahatlıq doğurduğunu və onun genişlənməsinin qarşısının alınmasının ciddi məsələlərdən olduğunu qeyd edib. Narkomaniya ilə mübarizə məsələsinin Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdıran komitə sədri deyib: “Ölkəmizdə narkomaniya ilə mübarizə istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilir. Narkotik maddələrinin istifadəsinin artması həm də, paralel olaraq cinayətkarlığın artması deməkdir. Bu bəlaya düçar olan yeniyetmələrin ən azı üçdə ikisi narkotik vasitələrdən asılı vəziyyətə düşdükdən sonra bu və ya digər cinayət əməlləri törədərək cinayətkara çevrilirlər.

BMT-nin Narkotiklər və Cinayətlər İdarəsi tərəfindən 2021-ci il üzrə dərc edilmiş “Dünya Narkotik Hesabatı”nda qeyd edilir ki, hazırda dünyada 275 milyona yaxın insan müntəzəm olaraq narkotik vasitələrdən istifadə edir və bu, 2010-cu illə müqayisədə 22 faiz artım deməkdir.

Ötən il ölkəmizdə narkotiklərdən istifadə üzrə qeydiyyatda 34 min 602 nəfər olub. Bunlardan 566-sı qadın, 14 nəfəri isə yetkinlik yaşına çatmayanlar olub. 2021-ci ildə qeydiyyatda olan narkotik istifadəçisi sayı 34602 nəfər təşkil edib. bunlardan 566 nəfəri qadın, 14 nəfəri isə yetkinlik yaşına çatmayan şəxsdir”.

Bahar Muradova bildirib ki, narkomaniya ilə mübarizə istiqamətində ölkəmizdə dövlət proqramları və müxtəlif layihələr həyata keçirilir. 2007-2012–ci illər üzrə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə Proqramı” və “2013-2018-ci illər üçün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi istiqamətində mühüm işlər görülüb. Ölkəmizdə narkomaniya ilə mübarizə istiqamətində 2019-cu il ildə 2019-2024-cü illər üçün dövlət proqramı qəbul edilib.

“Dövlət komitəsi bu istiqamətdə üzərinə düşən işi layiqincə və məsuliyyətlə görməyə çalışır. Təkcə ötən il respublikanın 47 rayon və şəhərində ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, valideyn komitəsinin sədrləri üçün bu istiqamətdə 84 təlim keçirilib və bu təlimlərdən də 2100 nəfərə yaxın iştirakçı faydalanıb. Ötən ildən komitənin təşkilatçılığı ilə Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi ilə birgə başlayan və bu gün də davam edən “Narkotiksiz həyat”, “Sağlam həyat tərzi”, “Ziyanlı vərdişlərin insan sağlamlığına təsiri”, “Ziyanlı vərdişlərin ailələrə təsiri”, “Həyatının memarı - Sən özünsən” mövzularında təlim və layihələrimiz bütün regionları da əhatə edib.

Azərbaycanda da yeniyetmələr və gənclər arasında narkotik və psixotrop maddələrdən istifadə hallarının yüksələn xətt üzrə artdığını və aktuallıq kəsb etdiyini nəzərə alaraq, komitə ilə “Vətəndaşların əmək hüquqlarının müdafiəsi liqası”nın birgə əməkdaşlığı çərçivəsində yetkinlik yaşına çatmayanlar arasında narkotik və psixotrop maddələrdən istifadə dərəcəsinin qiymətləndirilməsi məqsədilə hesabat hazırlanıb. Bu prosesə Səhiyyə və Daxili İşlər nazirlikləri və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının nümayəndələri də cəlb olunublar”.

Komitə sədri vurğulayıb ki, narkomaniya ilə mübarizədə təkcə dövlətin deyil, qurumların, cəmiyyətin bir yerdə, yəni kompleks şəkildə işləməsi daha məqsədəuyğundur. Komitə sədri gəncləri bu zərərli vərdişlərdən uzaq olmağa çağırıb.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycan narkomaniya ilə mübarizə istiqamətində bütün beynəlxalq konvensiyalara qoşulub. Dövlətin siyasətinə uyğun olaraq hüquq-mühafizə orqanları, polis bu bəla ilə mübarizədə adekvat fəaliyyət göstərirlər.

Onun sözlərinə görə, elə məsələlər var ki, narkomaniya ilə mübarizədə qanunla tam tənzimlənməyib. “Uşaqlarımızı və gənclərimizi sosial şəbəkələr vasitəsilə zərərli vərdişlərdən çəkindirmək bizi narahat edən məsələdir. Narkomaniya ilə birlikdə mübarizə daha çox səmərə verir. İdmanın kütləviliyi artırılmalı, sağlam həyat tərzi vərdişləri aşılanmalıdır”, - deyə Əli Hüseynli vurğulayıb.

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov Daxili İşlər Nazirliyi narkotiklərin qanunsuz dövriyyəsinin qarşının alınması və əhalinin maarifləndirilməsi istiqamətində səmərəli iş aparır. Qeyd olunub ki, görülən tədbirlər nəticəsində bu il indiyə kimi narkotiklərin satışı üzrə 19 min cinayət hadisəsinin qarşısı alınıb. İslam Hümbətov aparılan maarifləndirmə işlərindən danışıb və bu istiqamətdə birlikdə mübarizənin əhəmiyyətini vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yanında İctimai Şuranın sədri, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, narkomaniya ilə mübarizədə yetkinlik yaşına çatmayanlarla işləmək xüsusi və həssas yanaşma tələb edir. Bildirilib ki, ailələr bəzən övladlarının narkotiklərə aludə olduğunu gizlədirlər və təəssüf ki, bu da qarşısı alınmayan fəsadlara gətirib çıxarır.

Sahib Məmmədov vurğulayıb ki, narkomaniyanın qarşısının alınmasında birgə fəaliyyət mühüm şərtdir. Onun sözlərinə görə, uşaq və gənclərin idmana, sağlam həyat tərzinə cəlb edilməsi narkomaniya ilə mübarizədə ən yaxşı vasitədir.

Narkomaniya ilə mübarizədə yetkinlik yaşına çatmayanlarla iş prosesində üçbucaq səmərəliliyindən danışan Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəz"in psixoloqu Ramin Allahverdiyev narkomaniyaya, ümumiyyətlə zərərli vərdişlərə aludəçilik baxımından kimyəvi və qeyri-kimyəvi asılılıq faktorlarının olduğunu qeyd edib. “Statistika göstərir ki, zərərli vərdişlərə aludəçilik nöqteyi-nəzərindən 17-18 yaşarası çox həssas dönəmdir. Bu işdə ailə və sosial mühitin rolu son dərəcə mühümdür. Bir psixoloq kimi orta məktəblərdə narkotiklərlə bağlı maarifləndirmə işinin həssas müstəvidə aparılmasının vacibliyini qeyd etmək istəyirəm”, - deyə o qeyd edib. Onun sözlərinə görə, uşaq və gənclərin sağlam həyat tərzinə cəlb edilməsi zərərli vərdişlərdən çəkindirmə məsələsində əsasa vasitədir.

Tədbir müzakirələrlə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb

BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq

Ağdamda əmək yarmarkası təşkil olunacaq

Rusiya Baş Prokurorluğu ölkədə təxribat və terror aktları riskinin artmasını xəbər verib

Dünyanın qəbul etdiyi Azərbaycan həqiqəti ŞƏRH

QSC əmək hüquqlarının pozulmasına görə 20 min manat cərimələnib

Prezident: COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür

Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir

Azərbaycanlı skripkaçı Canel Nəcəfli Barselonada keçirilən müsabiqədə Fəxri diploma layiq görülüb

Prezident İlham Əliyev: Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır

Qırğızıstanın iki vilayətində daşqınla əlaqədar fövqəladə vəziyyət elan edilib

Sumqayıt rəssamları Şuşaya səfər ediblər

Azərbaycan və Çexiya arasında COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib

Prezident İlham Əliyev: Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir

İstanbulun “Vision Art Platform”u Aida Mahmudovanın “Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgisinə ev sahibliyi edir

Azərbaycan Prezidenti: Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq

MEK Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb

Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb