CƏMİYYƏT


Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan şəxslər cərimələniblər

Bakı, 4 dekabr, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbir zamanı üç köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkarlanıb.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.

Faktla bağlı rayon polis idarəsi tərəfindən tədbirlər davam etdirilir.

Polis orqanları yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirləri mütəmadi həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.