CƏMİYYƏT


Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması halları müəyyən edilib

Bakı, 26 may, AZƏRTAC

Polis orqanları yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirləri mütəmadi davam etdirirlər.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İctimai Təhlükəsizlik və Sabunçu Rayon Polis idarələri əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində iki mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları aşkarlanıb.

Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər fasiləsiz həyata keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.