İQTİSADİYYAT
Yeva Melis: Dünya Bankı son illərdə Azərbaycanın ədliyyə sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirir VİDEO
Bakı, 4 iyun, AZƏRTAC
Dünya Bankı və Ədliyyə Nazirliyi arasında uzunmüddətli əməkdaşlıq əlaqələri var. Dünya Bankı son illərdə Azərbaycanın ədliyyə sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dünya Bankının nümayəndəsi Yeva Melis deyib. Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı barədə danışan Y.Melis əmin olduğunu bildirib ki, bu sənəd ölkədə ədliyyə sahəsində yeni nailiyyətlərin qazanılmasına imkan yaradacaq. “Azərbaycanda ədliyyə sahəsində aparılan islahatlar sevindiricidir. Çox şadıq ki, Dünya Bankı olaraq Azərbaycanın bu sferada əldə etdiyi uğurlara öz töhfəmizi veririk”, - deyə o əlavə edib.