MƏDƏNİYYƏT
“Yevgeni Onegin” Bakıda təqdim olunub
Bakı, 2 sentyabr, AZƏRTAC
Sentyabrın 2-də Rusiyanın Y.Vaxtanqov adına Moskva Dövlət Akademik Teatrı “Yevgeni Onegin” tamaşası ilə Bakıda ikinci dəfə çıxış edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında təqdim olunan səhnə əsərinin ideya, ədəbi kompozisiya və quruluşunun müəllifi Rimas Tuminas, səhnə quruluşçusu Adomas Yanovskis, musiqi müəllifi Fvustas Latenas, geyim rəssamı Mariya Danilova, xoreoqrafı Anjelika Xolina, musiqi rəhbəri Tatyana Ağayevadır.
Təxminən altmış nəfərlik aktyor heyətinin iştirak etdiyi tamaşada Sergey Makovetski, Lyudmila Maksakova, İrina Kupçenko, Aleksey Quskov, Viktor Dobronravov, Leonid Biçevin, Yevgeniya Kreqjde, Olqa Lerman və digər məşhur aktyorlar rol alıb.
Xronometrajı 3 saat 30 dəqiqə olan tamaşa sabah da teatrsevərlərin ixtiyarına veriləcək. Aktyorların məharətli çıxışı, səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.