REGİONLAR


Yevlax dəmir yolu qovşağında kompleks mülki müdafiə təlimi təşkil olunub

Bakı, 24 may, AZƏRTAC

"Azərbaycan Dəmir Yolları" QSC-nin 2019-cu il üçün mülki müdafiə tədbirlər planına müvafiq olaraq, Yevlax dəmir yolu stansiyasının ərazisində "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsi" mövzusunda növbəti kompleks mülki müdafiə təlimi keçirilib.

QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar Yevlax dəmir yolu mülki müdafiə qovşağının rəhbər işçiləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, mülki müdafiə qüvvələrinin şəxsi heyəti, stansiya ərazisində yerləşən qeyri-dəmir yolu müəssisələrinin işçiləri təlimə cəlb olunub. Təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı qovşağın ərazisində yerləşən obyektlərin mülki müdafiə planlarının reallığını əks etdirmək, mövcud xəbərdarlıq sxemi əsasında mülki müdafiə qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, hadisə yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, hadisə yerindən məlumatların toplanması, obyekt rəhbərinin, mülki müdafiə qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsi, dəyəcək ziyanın müəyyən qədər azaldılmasının hərtərəfli dərindən təhlil edilməsi idi.

"Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərliyinin nəzarəti ilə təşkil olunan və həyata keçirilən təlimdə qovşağın obyekt rəhbərləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, mülki müdafiə qüvvələri iştirak ediblər.

Təlimdən sonra keçirilən müşavirədə fövqəladə hallar və mülki müdafiə işləri üzrə texniki müfəttiş İsa Xudiyev mülki müdafiə qüvvələrinin hazırlıq vəziyyətinin qənaətbəxş olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.