Yevlax idmançıları ötən il 215 medal və diploma layiq görülüb
AzerTAg.az
Yevlax, 17 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Keçən il Yevlax rayonunun idman həyatında uğurlu olub.
Yevlax Şəhər Gənclər və İdman İdarəsinin rəisi Rəşad Bəhmənli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, idarənin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbində futbol, cüdo, yunan-Roma güləşi, taekvondo və ağır atletika idman növləri fəaliyyət göstərir. Rayon idmançıları 47 sadə idman qurğusu, azarkeş tutumu 1500 nəfərdən çox olan bir stadion və trenajor zalından istifadə edirlər.
Ötən il rayon idmançıları 8 dəfə zona yarışlarında, eləcə də açıq birinciliklərdə və respublika turnirlərində iştirak edərək, 215 diplom və medala layiq görülüblər. Respublika birinciliklərində Xan İsmayılov taekvondo idman növü üzrə birinci, Pərvanə Abdullayeva isə cüdo idman növü üzrə ikinci yerə layiq görülüb.





Xəbərin mətnində orfoqrafik səhv var