Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Yevlax: iqtisadi yüksəliş, müasirlik və abadlıq FOTOREPORTAJ

Yevlax, 11 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkəmizin bütün bölgələrində olduğu kimi, Yevlax rayonunun da iqtisadiyyatı dinamik inkişaf edib. Yevlax şəhərində və rayonun kəndlərində genişmiqyaslı yenidənqurma və tikinti-quruculuq işləri həyata keçirilib, yeni sənaye obyektləri yaradılıb, əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm işlər görülüb. Dövlətimizin qayğısı və yevlaxlıların fədakarlığı sayəsində Yevlax şəhəri ölkəmizin ən gözəl, abad, səliqəli şəhərlərindən birinə çevrilib. Bu gün Yevlaxa gələnlər iqtisadi yüksəlişin, gözəlliyin və müasirliyin şahidi olurlar.

Kənd təsərrüfatı, qida və sənaye məhsulları istehsalına yönəldilən investisiyalar artıb

Rayonun iqtisadi yüksəlişində sahibkarlığın inkişafı, kənd təsərrüfatı, qida və sənaye məhsulları istehsalına yönəldilən investisiyaların çoxalması, yeni istehsal, emal və xidmət obyektlərinin tikilməsi mühüm rol oynayır. Son illərdə rayonda “Lalə-tekstil” MMC tikiş fabriki, “Dan” kərpic, “Gilan” dəri emalı, “Yevlax Qida” MMC zavodları, “Arfa” mebel fabriki, “Yevlax-Beton” ASC dəmir-beton zavodu, asfalt istehsal edən zavodlar, “Karvan–K” MMC konserv zavodu, “Azərtoxum” MMC toxum emalı müəssisəsi, Kolanı kəndində istixana kompleksi, Varvara balıqartırma və digər istehsal müəssisələri yaradılıb. Rayonda özəl sektorun inkişaf etdirilməsi sosial-iqtisadi inkişafı sürətləndirməklə məhsul istehsalını artırıb, bir sıra ərzaq məhsulları üzrə tələbatın yerli istehsal hesabına təmin olunmasına imkan verib, əhalinin məşğulluq probleminin həllində mühüm rol oynayıb. Təsadüfi deyil ki, 2003-2018-ci illər ərzində rayonda 14 min 958-i daimi olmaqla, 24 mindən çox yeni iş yeri yaradılıb.

Yevlax gözəlliyi ilə seçilən bir şəhərə çevrilib

Yevlax şəhərinə səfərlərinin birində ümummilli lider Heydər Əliyev "Mən Yevlaxı daha abad, daha gözəl görmək istəyirəm" arzusunu ifadə etmişdi. Aparılan genişmiqyaslı tikinti-quruculuq işləri nəticəsində Ulu Öndərin bu arzusu gerçəkləşib. Yevlax şəhəri abadlaşıb, gözəlləşib, siması tamamilə dəyişib. 

Şəhərin prospekt və küçələri müasir üslubda yenidən qurulub, yollara asfalt örtük salınıb, işıqlandırma sistemləri quraşdırılıb, binaların dam örtüyü dəyişdirilib, fasad hissəsi müasirləşdirilib. Şəhərin mərkəzində dahi rəhbərin abidəsi ucaldılıb, Heydər Əliyev Mərkəzi, Ulu Öndərin adını daşıyan saray, gənclər evi, elektron kitabxana, tarix-diyarşünaslıq muzeyi, xalq teatrı, şahmat məktəbi, məhdud fiziki imkanlı insanlar üçün Regional İnformasiya Mərkəzi, stadion, bayraq meydanı, avtovağzal kompleksi, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 116 mənzilli 5 ədəd çoxmərtəbəli yaşayış binası, Aqrar İnkişaf Mərkəzinin və İqtisadiyyat Nazirliyinin Aran Regional İdarəsinin inzibati binaları, həmçinin idarə, müəssisə və təşkilatlar üçün yeni inzibati binalar, onlarla təhsil və səhiyyə müəssisəsi tikilib istifadəyə verilib. Hava limanı və Səmədabad–Qaraməmmədli-Qaramanlı-Köyük avtomobil yolu yenidən qurulub. Yevlax şəhəri də daxil olmaqla, 45 yaşayış məntəqəsi qazlaşdırılıb.

Təkcə 2018-ci ildə Kür çayı üzərində dəmir yolu körpüsünün, Aran qəsəbəsində Ailə-Sağlamlıq Mərkəzinin binasının tikintisi başa çatdırılıb. Mingəçevir şəhəri-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayonundan keçən Aran qəsəbəsi-Yevlax-Bərdə yolunadək olan hissəsi, Qoyunbinəsi-Hacımahmudlu-Qaramanlı kəndlərarası avtomobil yolu, Bakı-Ələt-Qazax avtomobil yolu üzərindəki körpü, 60 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilib. Rayonun 12 kəndində meliorasiya işləri aparılıb. 2 nömrəli körpələr evi-uşaq bağçası, elektron kitabxana, şəhər yaradıcılıq mərkəzinin binası, Mədəniyyət Mərkəzinin və 12 yaşayış binasının dam örtüyü əsaslı təmir olunub. Yevlax şəhərinin Füzuli və Pişəvəri küçələrində abadlıq və əsaslı təmir işləri aparılıb.

Hazırda Kür çayı sahilində 5 ulduzlu hotelin, 12 saylı Ərazi Vergilər Departamentinin, doqquzmərtəbəli 45 mənzilli yaşayış binasının, data internet mərkəzinin tikintisi, Aran qəsəbəsindəki mədəniyyət evində əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.

Regionların inkişafını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin Yevlaxa 8 dəfə səfər etməsi, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi barədə imzaladığı sərəncamlar şəhərin müasir inkişafının şərtləndirən əsas amillərdəndir. Dövlətimizin başçısının Yevlax rayon ictimaiyyəti ilə görüşü zamanı dediyi “Çox şadam ki, Yevlax çox sürətlə inkişaf edir və rayonun gələcək inkişafı ilə bağlı əlavə tədbirlər görüləcəkdir” sözləri yevlaxlıların qurub-yaratmaq həvəsini daha da artırıb.

Parklar və xiyabanlar şəhəri

Bir zamanlar şoran torpaqlarında bir ağacın yetişdirilməsi olduqca çətin olan Yevlaxı indi, yaşıllıqlar, park və xiyabanlar şəhəri adlandırmaq olar. Əhalinin istirahəti və ekoloji mühitin yaxşılaşdırılması məqsədilə rayonda geniş yaşıllaşdırma işləri aparılıb, 2 milyondan çox ağac, 3 milyondan çox gül və dekorativ kol əkilib, 12 park, xiyaban və istirahət bağı salınıb, fəvvarələr inşa edilib. Yevlax sakinləri asudə vaxtlarını rəngarəng, gül-çiçəklər və cürbəcür dekorativ ağacların bəzədiyi Heydər Əliyev xiyabanı, Nizami, Dostluq, Müstəqillik, Səməd Vurğun, Dədə Qorqud, Gənclik, Bələdiyyə və digər parklarda keçirir, istirahət edirlər.

Kür çayının sahilində inşa edilən bulvar kompleksi isə Yevlax sakinlərinin və şəhərin qonaqlarının ən sevimli istirahət guşəsinə çevrilib. Ərazisi 8,2 hektar, uzunluğu 2500 metr olan bulvar kompleksinin bir hissəsi estakadalarda Kür çayının üzərindədir. Bulvar kompleksində inşa edilən 22 ədəd fəvvarə və şəlalə bura gələnlərin zövqünü oxşayır. Bulvarda xidmət obyektləri, ana və uşaq otağı, uşaq əyləncə mərkəzi, idman meydançaları yaradılıb, çimərlik salınıb. Vətəndaşların gözəl istirahəti üçün burada axşamlar konsert proqramları, Kür çayında kater gəzintisi də təşkil edilir.

Məşhur “Ana kür” mahnısının bu misraları sanki Kür çayının və onun sahilindəki Yevlax şəhərinin bu gününə həsr olunub: “Mavi dastan Kür, sahilləri gülüstan Kür”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çində Azərbaycan dili virtual formada tədris olunacaq

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qax şəhər məktəbinin 2 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib

Azərbaycanın bu ilin birinci rübündə ən çox neft ixrac etdiyi ölkə İtaliyadır

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib

Daha beş qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

® “Kapital Bank” 2024-cü ilin I rübünün maliyyə nəticələrini elan edib

Ağdamda ölümlə nəticələnən yol qəzası baş verib

Yaşar Gülər: Türkiyə dünyada təhlükəsizlik, sülh və sabitliyə ciddi töhfə verir

ACE platformasından neft hasilatına başlanılıb

Azərbaycan klubları Superkubok oyununun bərpa olunmasını istəyir - ARAŞDIRMA

Azərbaycan “ACWA Power” şirkəti ilə quruda və dənizdə külək enerjisi layihələrini müzakirə edib

Naxçıvan şəhərində evdə baş verən yanğın söndürülüb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb

FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib

Nazir: Qarabağ Universitetinə proqram rəhbərləri seçilib, əlavə vakant yerlər də açılacaq – EKSKLÜZİV

Daşkənd şəhəri MDB-nin gənclər paytaxtı oldu

NDU-nun kafedra müdiri: Naxçıvanda fiziki məhdudiyyətli uşaqların sayı azalıb

Cari ilin birinci rübündə ixrac edilən xam neft və neft məhsullarının dəyəri açıqlanıb

Emin Əmrullayev: Dünya universitetlərinin reytinq siyahısında yer almaq üçün ixtisaslaşma vacib rol oynayır

Yunanıstanda Paris Olimpiya Oyunlarının məşəli alovlandırılıb

Birinci rübdə neft koksunun ixracı 7 faizdən çox azalıb

Azərbaycanda Türkiyənin Sığorta Birliyinə bənzər təşkilatın yaradılması nəzərdə tutulur

Məleykə Abbaszadə: Yüksək bal toplayanların çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək səhvdir - EKSKLÜZİV

“İnfraqırmızı spektroskopiyanın üzvi və qeyri-üzvi birləşmələrə tətbiqi” kitabının VI cildi nəşr olunub

Məhkumluqdan azad olunmasına üç ay qalmış bir qrup şəxsin qiymətləndirilməsi aparılıb

Taksford At Muzeyi onilliyini qeyd edir

Si Cinpin Ukrayna böhranının həlli üçün dörd prinsip təklif edib

Naxçıvanqalanın bərpası zamanı yol verilmiş nöqsanlar səbəbindən ön divarlarından biri uçub

Şərurun Kərimbəyli kəndində yanğın baş verib VİDEO

Energetika naziri: Azərbaycan yaşıl hidrogen üzrə də Aİ üçün etibarlı tədarükçü olacaq

Azərbaycan Premyer Liqasında daha iki turun oyun cədvəli açıqlanıb

“Tesla” 14 min əməkdaşını ixtisar etməyi planlaşdırır

Kopenhagendə birja binasında yanğın baş verib

Tovuzda 23 yaşlı gənc bıçaqlanıb VİDEO

ATƏT-in konfransında Azərbaycandakı multikultural mühit barədə məlumat verilib

“İrAero” Nijni Novqoroddan Bakıya aviareyslər açıb

Zelenski: ABŞ-ın dəstəyi olmadan Kiyevin qələbə şansı yoxdur

Azərbaycan dili üzrə sertifikasiya imtahanı payızda keçiriləcək - EKSKLÜZİV

Həqiqi hərbi xidmətə aprel çağırışı davam edir

Gürcüstanın xarici ticarət dövriyyəsi 6,5 faiz azalıb

Elnur Eltürk: Marneuli “Vikipediya” klubunun üzvləri Azərbaycana aid yüzlərlə məqalə yaradıblar

Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiq edilib - FƏRMAN

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

F.Ə.Adıgözəlovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Prezident İlham Əliyev: Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək

A.M.İbadovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Prezident: Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

On dörd nəfər Bakı məktəblisi buraxılış imtahanında maksimum nəticə göstərib

Prezident İlham Əliyev: Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparılır

Azərbaycan Prezidenti: Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur

Prezident: Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapıb

“Lufthansa” bu gündən Təl-Əviv, Əmman və Ərbilə uçuşları bərpa edəcək

Növbəti illərdə Azərbaycan hökumətinin qarşısında duran əsas infrastruktur layihələri açıqlanıb

Prezident: Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir

Taxıl biçini həyata keçirəcək mexanizatorlar üçün təlimlərə start verilir

İsrail XİN 32 ölkəni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Azərbaycan Prezidenti: Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihəmiz olacaq

Azərbaycan gimnastları Çexiyada beynəlxalq turnirə qatılacaqlar

Yığmanın basketbolçusu: Parisdə fəxri kürsüyə qalxmaq üçün mübarizə aparacağıq

Prezident İlham Əliyev: Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq

Prezident: Son illər Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub
Dövlətimizin başçısı tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

FHN: Ötən sutka ərzində 26 halda yanğına çıxış olub

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin siyahısında dəyişiklik edilir

Buraxılış imtahanlarının nəticələri açıqlanıb: 39 nəfər 300 bal toplayıb

Monqolustanda meşə yanğınları 70 min hektar əraziyə ziyan vurub

Federasiya prezidenti: Belə davam etsək, Azərbaycanda reqbiyə maraq kəskin artacaq - MÜSAHİBƏ

BDU-nun “SABAH” qruplarının tələbələri Fiziologiya İnstitutunda infosessiyada

Sabah ölkə ərazisində əsl yaz havası olacaq

Cəlilabadda kartof istehsalçıları və ixracatçıları ilə görüş olub

Baş Prokurorluq: Beynəlxalq axtarışa verilmiş şəxslər Rusiyadan ölkəmizə ekstradisiya edilib

Bu il pensiya, müavinət, təqaüd və ünvanlı yardımlar üzrə əhaliyə 2 milyard 183 milyon manat ödənilib

Yapon atlet turnikdə 24 saat ərzində 8940 dəfə dartınıb

“Birlikdə planetimizi yaşıllaşdıraq” adlı ekoloji layihənin icrasına başlanılıb

Nazir: Bu ilin sonunadək tranzaksiyaların əksəriyyəti elektron formata keçəcək

Azərbaycan Texniki Universitetində “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində görüş olub

“Gilavar Foto Klubu” beynəlxalq mükafatlara layiq görülüb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 sentyabr tarixli 423 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Əməyin Mühafizəsi Fondunun Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qarabağ Universitetində doktorantura səviyyəsi üzrə tədris aparılacaq

Saniyədə 156 trilyon kadr sürəti ilə çəkən kamera yaradılıb

Mütəxəssis: 45 yaşdan sonra kişilər ildə bir dəfə kardioloji “check-up” müayinəsindən keçməlidir

“Qarabağ Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamının qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi, Azərbaycan SSR Nazirlər Sovetinin “Stepanakert şəhərində Pedaqoji İnstitutun yaradılması haqqında” 1973-cü il 28 noyabr tarixli 377 nömrəli və “Sovet Azərbaycanın 60-illiyi adına Stepanakert Pedaqoji İnstitutunun müvəqqəti bağlanılması haqqında” 1988-ci il 3 noyabr tarixli 393 nömrəli qərarlarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan vətəndaşları üçün üç yer ayrılıb

AQTA soğan yetişdirilən təsərrüfatlarda monitorinqlər aparıb

Bakıda koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin maaşına əlavənin müddəti uzadılıb