REGİONLAR


Yevlax: koronavirus pandemiyasına qarşı dezinfeksiya işləri davam etdirilir VİDEO

Yevlax, 10 aprel, AZƏRTAC

Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Yevlax şəhərində və rayonun kəndlərində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 15-dən başlayaraq Yevlax şəhərindəki bütün küçələr, çoxmənzilli yaşayış binaları, inzibati binalar, eləcə də məcburi köçkünlərin məskunlaşdığı şəhərcik, rayonun kəndlərindəki uşaq bağçaları və məktəblər dezinfeksiya olunub.

Növbəti dezinfeksiya işləri zamanı Yevlax şəhərinin Heydər Əliyev və Nizami prospektləri, Füzuli, Yeni Yevlax, Pişəvəri, S.Vurğun, Vidadi, A.Şadlinski, Q.Quliyev, İ.Dəmirov, C.Cabbarlı küçələri, parklar, xiyabanlar, rayon maliyyə və təhsil şöbələri, Məşğulluq Mərkəzi xüsusi dezinfeksiyaedici məhlulla dərmanlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.