REGİONLAR


Yevlax məktəbliləri Ulu Öndərə olan sevgilərini hərbi paradla nümayiş etdiriblər VİDEO

Yevlax, 10 may, AZƏRTAC

Yevlaxda xalqımızın ümummilli lideri, dahi şəxsiyyət, əbədiyaşar insan Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Yevlax məktəblilərinin hərbi paradı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, paradda iştirak edən hərbi geyimli yüzlərlə məktəbli Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan texnikaların maketlərinin müşayiətilə şəhərin mərkəzi prospektində ümummilli lider Heydər Əliyevin abidəsinin qarşısından keçiblər. Şuşa qalasının maketinin nümayişi, peşəkar aktyorların canlandırdığı Qarabağ xanı Pənahəli xanın, Xan qızı Xurşidbanu Natəvanın obrazlarının iştirakı parada xüsusi rəng qatıb.

Hərbi marşların sədaları altında keçən paradda Yevlax məktəbliləri Ulu Öndərə olan sevgilərini, məhəbbətlərini nümayiş etdiriblər. Yevlax sakinlərinin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi paradda əsl bayram əhval-ruhiyyəsi yaşanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.