CƏMİYYƏT


Yevlax polisi şagirdləri narkomaniya və onun fəsadları barədə məlumatlandırıb

Bakı, 7 dekabr, AZƏRTAC 

Yevlax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Salamabad kənd tam orta məktəbində narkomaniyanın, erkən nikahın və dini radikalizmin fəsadları barədə şagirdlərlə görüş keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, rayon polis şöbəsinin rəisi, polis polkovniki Elnur Mehdiyev şagirdlərə narkomaniya və onun fəsadları barədə ətraflı məlumat verib, “ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı ciddi problemləri diqqətə çatdırıb. Qeyd edilib ki, narkomaniyanın qarşısının alınması üçün dövlət orqanları, ictimai təşkilatlar, təhsil işçiləri və valideynlər birgə mübarizə aparmalı, bu mövzuda maarifləndirici tədbirlər davamlı keçirilməlidir. Hər kəs bu istiqamətdə görülən işlərdə fəal olmalı, hüquq-mühafizə orqanları tərəfindən keçirilən profilaktiki tədbirlərdə iştirak etməlidir.

E.Mehdiyev erkən nikahın səbəb olduğu problemlərdən söhbət açaraq qeyd edib ki, hər bir şagird hüquq və vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq durmalıdır. Yeniyetmə və gənclərimiz yüksək təhsil almalı, müasir informasiya texnologiyalarından istifadə etməyi bacarmalı, idmanla məşğul olmalı, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyüməli, vətənpərvər kimi hər zaman ölkəmizin müdafiəsinə hazır olmalıdır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi, polkovnik-leytenant Elməddin Cəfərov dini radikalizmin mənfi təsirlərindən bəhs edib. Bildirib ki, cəmiyyətdə əmin-amanlığı, sabitliyi pozmaq məqsədini güdən belə qruplaşmaların qurbanları əsasən gənclərdir. O, gəncləri radikal qruplaşmaların yalanlarına, xurafat dolu vədlərinə, təxribatçılıq əməllərinə uymamağa və bütün bunlarla mübarizədə valideynləri fəal olmağa çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.