CƏMİYYƏT
Yevlax rayonunda 13 çətənə kolu yandırılaraq məhv edilib
Bakı, 28 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Yevlax Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin və Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun meşə ərazisində birgə reyd keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, reyd zamanı Cırdaxan meşəbəyiliyinin 6 saylı dolayında yabanı halda bitən 13 çətənə kolu aşkarlanıb və yandırılaraq məhv edilib.
ETSN-in tabeliyində olan bütün ərazilərdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində narkotiktərkibli bitkilərin qanunsuz əkildiyi və yabanı halda bitdiyi yerlərin müəyyən edilməsi istiqamətində mütəmadi reydlər keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]