REGİONLAR


Yevlax rayonunda bu günədək 2700 ton pambıq tədarük edilib

Yevlax, 11 oktyabr, AZƏRTAC

Bu il 2500 hektarda pambıq becərən yevlaxlı “ağ qızıl” ustaları indiyədək tarlalardan 2700 ton məhsul toplayıblar.

Yevlax Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, pambıq əkinlərinin 1281,3 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 826 hektarı “P-Aqro” MMC ilə müqavilə əsasında, 392,7 hektarı isə fərdi qaydada becərilib. Pambıq sahələrinə lazımi aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib ki, nəticədə bol məhsul yetişib.

Pambığın tez və itkisiz yığılması üçün rayonda bütün qüvvələr səfərbər olunub. Tarlalardan məhsul həm kombaynlar vasitəsilə, həm də əl əməyindən istifadə edilməklə yığılır. Məhsul yığımına hər gün 7 kombayn, 500 nəfərədək işçi qüvvə cəlb edilir. İlkin hesablamalara görə, bu il Yevlax rayonunda beş min tondan çox “ağ qızıl” istehsal ediləcəyi gözlənilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.