REGİONLAR


Yevlax rayonunda bu günədək 5144,43 ton pambıq yığılıb

Yevlax, 9 dekabr, AZƏRTAC

Bu il 2500 hektarda pambıq becərən yevlaxlı “ağ qızıl” ustaları indiyədək tarlalardan 5144,43 ton məhsul toplayıblar.

Yevlax Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, pambıq əkinlərinin 1281,3 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 826 hektarı “P-Aqro” MMC ilə müqavilə əsasında, 392,7 hektarı isə fərdi qaydada becərilib.

Hər hektardan orta hesabla 20,57 sentner məhsul götürülüb. Yevlaxlı fermerlər yetişdirdikləri məhsulu son qozasına qədər toplamaq üçün səylə çalışırlar. Yığılan pambıq “MKT İstehsalat Kommersiya” və “Azərpambıq” MMC-lərinə təhvil verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.