CƏMİYYƏT


Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 13 oktyabr, AZƏRTAC

Yevlax rayonunun Varvara kəndi ərazisində kənd sakini S.Civəzadə idarə etdiyi “VAZ-2106” markalı avtomobili dərəyə aşırıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəticədə avtomobildəki sərnişin Cəfər Səfərov hadisə yerində ölüb, sürücü və digər iki sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsi tərəfindən təhqiqat davam edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.