CƏMİYYƏT


Yevlax rayonunda saxlanılan sürücüdən altı kiloqrama yaxın marixuana götürülüb

Bakı, 3 avqust, AZƏRTAC

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri müvafiq tədbirlərlə Yevlax rayonunun Qarxun kəndi ərazisində rayon sakini N.Cəfərovun idarə etdiyi “BMW” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sənədlər tələb olunduqda tabesizlik göstərən sürücü polis əməkdaşları tərəfindən tutulub.

Baxış zamanı avtomobildən 3 kiloqram 625 qram çəkidə marixuana aşkarlanaraq götürülüb. Sürücü maddi sübutlarla birgə Yevlax Rayon Polis Şöbəsinə təhvil verilib.

Davam etdirilən tədbirlərlə N.Cəfərovun Aşağı Qarxun kəndi ərazisində atdığı, çəkisi 2 kiloqram 335 qram olan çətənə kolunun hissələri də aşkarlanaraq götürülüb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.