REGİONLAR


Yevlax rayonunun ümumtəhsil məktəblərində 16 min 753 şagird təhsil alacaq

Yevlax, 15 sentyabr, AZƏRTAC

Sentyabrın 15-də Yevlax rayonu üzrə 57 ümumtəhsil məktəbi 16 min 753 şagirdi öz qoynuna alıb. Yeni dərs ili rayonun ümumtəhsil məktəblərində yüksək əhval-ruhiyyə ilə başlanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Bilik günü” münasibətilə ümumtəhsil məktəblərində keçirilən mərasimlərdə Yevlax Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, təhsil şöbəsinin nümayəndələri, valideynlər iştirak ediblər. Çıxış edənlər müəllim və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, məktəbə ilk dəfə qədəm qoyan birincilərə uğurlar diləyib, onların gələcəkdə dövlətimiz və cəmiyyətimiz üçün savadlı, layiqli vətəndaşlar kimi yetişmələrini arzulayıblar.

Çıxışlarda ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışılıb, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədəki xidmətləri xüsusi vurğulanıb.

Yeni dərs ilinə hazırlıqla əlaqədar məlumat verilib ki, təhsil ocaqlarında böyük hazırlıq işləri görülüb, məktəblərdə cari təmir və səliqə-səhman işləri aparılıb. Ümumtəhsil məktəblərinə dərslik və metodik vəsaitlər paylanılıb. Müəllimə ehtiyacı olan məktəblərdə işləmək üçün 22 gənc müəllim test və müsabiqədən keçərək işə qəbul üçün rayona göndərilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.