CƏMİYYƏT
Yevlax regional miqrasiya idarəsi onlayn maarifləndirmə tədbiri keçirib
Bakı, 17 sentyabr, AZƏRTAC
Yevlax regional miqrasiya idarəsi onlayn maarifləndirmə tədbiri keçirib.
Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin rəsmi nümayəndələrinin iştirakı ilə keçirilən onlayn tədbir “Qanunsuz əmək miqrasiyasının qarşısının alınması” mövzusuna həsr olunub. Bildirilib ki, iş icazəsi əsasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əməkçi miqrantların hüquqlarının yüksək səviyyədə qorunması, habelə bu sahədə qanunvericiliyin tələblərinin pozulması hallarının vaxtında aşkarlanması və zəruri tədbirlərin görülməsi daim diqqətdə saxlanılır.
Tədbir iştirakçılarına qanunsuz əmək miqrasiyasının mahiyyəti, doğurduğu təhlükələr, bu istiqamətdə dövlət tərəfindən təmin edilən müdafiə tədbirləri barədə geniş məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.