CƏMİYYƏT


Yevlax şəhərində və Sabunçu rayonunda yanğın hadisələri baş verib

Bakı, 19 may, AZƏRTAC

Yevlax şəhərində və Sabunçu rayonunda yanğın hadisələri baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli ev hadisə nəticəsində əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Sabunçu rayonunda ümumi sahəsi 60 kvadratmetr olan mebel mağazası və içərisində əşyalar yanıb. Bitişik tikililər yanğından mühafizə olunub.

Hər iki alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.