REGİONLAR
Yevlax taxılçıları 11 min 653 hektar sahədə səpin aparıblar
Yevlax, 8 yanvar, AZƏRTAC
Yevlax rayonunda taxıl səpini başa çatdırılıb. Ötən il taxılın hər hektarından yüksək məhsuldarlıq əldə edən yevlaxlı fermerlər bu il də sahələrdən bol məhsul götürmək əzmindədirlər.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, torpaq mülkiyyətçiləri 11 min 653,1 hektara taxıl səpiblər. Bu, ötən illə müqayisədə 67,4 hektar çoxdur. Taxıl əkinlərinin 6570,6 hektarı buğda, 5082,5 hektarı isə arpadır.
Qeyd edək ki, Yevlax rayonunda keçən il becərilmiş 11 min 585,7 hektar taxıl sahəsindən 36 min 610,8 ton məhsul götürülüb. Hər hektarın məhsuldarlığı orta hesabla 31,6 sentner təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]