REGİONLAR


Yevlaxda Milli Mətbuat Günü qeyd edilib

Yevlax, 22 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

22 iyul - Milli Mətbuat Günü münasibətilə Yevlaxda kütləvi informasiya vasitələri nümayəndələri ilə görüş olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Ceyhun Kərimxanov jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb. Azərbaycan milli mətbuatının özünəməxsus ənənələrinin olduğunu deyən natiq respublikamızda demokratik mətbuatın formalaşmasında, azad fikrin ifadəsi yolunda ulu öndər Heydər Əliyevin həyata keçirdiyi islahatların rolundan danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirib, Azərbaycanda senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək verib. Mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Hümbət Əhmədov, Yevlaxda nəşr olunan “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, “EL” Televiziyasının məsul redaktoru Rəhman Əsədov və müxbiri Daşqın Abdullayev, AZƏRTAC-ın bölgə müxbiri Tahir Ağaməmmədov, Xəzər TV-nin bölgə müxbiri Rahim Məmmədov çıxışlarında ölkəmizdə mətbuat işçilərinə yaradılan şəraitə, onlara göstərilən diqqətə görə dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonda mətbuat nümayəndələrinə fəxri fərman və mükafatlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.