REGİONLAR


Yevlaxda Milli Qəhrəmanın evi əsaslı təmir olunub

Yevlax, 20 oktyabr, AZƏRTAC

Milli Qəhrəman, Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Yevlax rayonunun Havarlı kənd sakini Malik Əsədovun evi əsaslı təmir edilərək şəhidin ailəsinə təhvil verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təmir işləri Milli Qəhrəmanın qızı Günel Ələkbərovanın mənzilinin şəraitsiz olması ilə bağlı icra hakimiyyətinə müraciəti əsasında aparılıb.

Evdə aparılan əsaslı təmir işləri ilə tanış olan Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev bildirib ki, şəhidlərimizin xatirəsi həmişə əziz tutulur, onların ailələrinə və bizə əmanət qalan övladlarına qayğı ilə yanaşılır. Bu, həm də hər kəsin vətəndaşlıq borcudur. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, müharibə əlillərinə diqqət və qayğısı hər birimiz üçün nümunədir.

Şəhidin qızı Günel Ələkbərova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya ailəsi adından minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.