REGİONLAR
Yevlaxda Novruz bayramı münasibətilə bayram konserti təşkil olunub VİDEO
Yevlax, 18 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Yevlaxlılar xalqımızın ən əziz bayramı olan Novruzu qalib ölkənin qalib vətəndaşı kimi böyük sevinc və fərəhlə qeyd ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə təntənəli bayram şənliyi keçirilib. Dədə Qorqud, eləcə də yazın gəlişini simvolizə edən Bahar qızı bayram münasibətilə rayon sakinlərini təbrik edərək, yeni ildə ölkəmizə bol ruzi-bərəkət və əmin-amanlıq arzulayıblar. Novruz bayramının əsas personajları olan Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi rəng qatıblar.
Müğənni Aysel Əlizadənin və estrada caz qrupunun, digər incəsənət ustalarının, rəqs kollektivlərinin ifasında milli-mədəni dəyərlərimizin rəmzi sayılan mahnılardan, rəqslərdən ibarət rəngarəng konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb.