REGİONLAR


Yevlaxda Novruzun gəlişi el şənliyi ilə qeyd olunub

Yevlax, 17 mart, AZƏRTAC

Xalqımızın ən qədim və sevimli bayramlarından olan Novruz respublikamızın hər yerində olduğu kimi, Yevlaxda da təntənə ilə qeyd edilir. Bayram tədbirində Yevlax Şəhər İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə, təşkilatlarının rəhbərləri, YAP Yevlax rayon təşkilatının fəalları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram tədbirində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində Novruz bayramının 30 ilə yaxın həsrətdən sonra artıq 3-cü ildir Qarabağ bölgəsində böyük sevinclə qeyd olunduğu, bayram tonqallarının Şuşada, Ağdamda və digər azad edilmiş torpaqlarımızda alovlandırıldığı bildirilib.

Novruzun ənənəvi personajlarının iştirakı ilə müxtəlif proqramlar təşkil olunub. Müğənnilərin, estrada caz qrupunun, rəqs kollektivlərinin ifasında təqdim edilən konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.