REGİONLAR


Yevlaxda abadlıq-quruculuq işləri davam etdirilir

Yevlax, 16 noyabr, AZƏRTAC

Yevlax şəhərində quruculuq və abadlıq işləri davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əhalinin rahat hərəkətinin təmin edilməsi məqsədilə Yevlax şəhərinin Cəfər Cabbarlı küçəsində yerləşən binaların həyətləri təmir olunub. Həyətlərə 1500 kvadratmetrə yaxın asfalt örtük salınıb. Bundan başqa şəhərin H.Zərdabi, Azərbaycan, C.Cabbarlı küçələrindəki səkilərə 1000 kvadratmetrə yaxın tamet daşları döşənib. Aparılan abadlıq-quruculuq işləri əhalinin razılığı ilə qarşılanır.

Yevlax şəhərinin digər küçələrində də abadlıq və təmir işləri mərhələli şəkildə aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.