REGİONLAR
Yevlaxda antik dövrə aid aşkar edilən “Bərəkət ilahəsi” fiquru maraq doğurur
Yevlax, 22 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Yevlax rayonunun Səmədabad kəndi ərazisindəki qədim nekropolda aparılan arxeoloji tədqiqat işləri zamanı eradan əvvəl II əsrdən bizim eranın II əsrinə qədərki dövrə aid əşyalar aşkar edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cənubi Qafqaz Boru Kəmərinin 211-ci kilometrliyində tapılan maddi mədəniyyət nümunələri gildən hazırlanmış “Bərəkət ilahəsi” fiquru, bardaq tipli qab, antropomorf tipli təkayaqlı vaza, şüşə muncuq və tunc qolbağılardan ibarətdir. Bu əşyalar içərisində Yevlax ərazisində ilk dəfə aşkar edilən “Bərəkət ilahəsi” fiquru daha çox maraq doğurur. Qafqaz Albaniyası dövrünə aid edilən bu unikal əşyanın inanc vasitəsi olduğu güman edilir.
Aşkar edilən arxeoloji materiallar Yevlax Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [23:30]
Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var
- 28.03.2024 [21:36]
Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar
- 28.03.2024 [20:40]
Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub
- 28.03.2024 [20:22]
Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]