REGİONLAR


Yevlaxda arxa cəbhənin fəalları mükafatlandırılıb

Yevlax, 28 yanvar, AZƏRTAC

Yevlaxda qüdrətli ordumuzun şanlı qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsində arxa cəbhədə fəallıq göstərənlərlə görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətində karantin qaydalarına uyğun olaraq təşkil edilən görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbənin tarixi əhəmiyyətindən danışılıb. Bildirilib ki, Vətən müharibəsi zamanı xalqımız qələbə uğrunda bir yumruq kimi birləşib rəşadətli Azərbaycan Ordusuna həmrəyliklərini nümayiş etdirdi. Məhz bu həmrəyliyin, milli birliyin nəticəsində xalqımız düşmən üzərində qələbə qazandı.

Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun imzaladığı əmrlə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamından irəli gələn vəzifələrin icrasında, eyni zamanda, Vətən müharibəsi dövründə qələbənin əldə edilməsi naminə hərbi hissələrin hərbi vəzifəlilərlə və hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi işinin təşkilində göstərdikləri köməkliyə və arxa cəbhədə fəallığı ilə fərqləndiyinə görə Yevlax rayonunun bir sıra yerli icra strukturu, idarə, müəssisə və sahibkarlıq subyektlərində çalışan nümayəndələr “Fəxri fərman” və medallarla mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.