CƏMİYYƏT
Yevlaxda avtomobil rayon sakinini vurub
Bakı, 4 iyul, AZƏRTAC
İyulun 4-də saat 1 radələrində Yevlax rayonunun Havarlı kəndi ərazisində Mingəçevir şəhər sakini Z.Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Vaqif Məmmədzadəni vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.