CƏMİYYƏT


Yevlaxda heroin satışı ilə məşğul olan şəxslər tutulublar

Bakı, 23 oktyabr, AZƏRTAC

Yevlax rayonunda narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində tutularaq istintaqa cəlb olunublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildirilib ki, heroinin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax şəhər sakini Vüqar İsmayılov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib. Axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb. O, dindirilərkən narkotik vasitəni şəhər sakini Azad Hüseynovdan aldığı müəyyənləşib. A.Hüseynov polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman 130 qrama yaxın heroin aşkar olunaraq götürülüb.

Faktla bağla Yevlax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.