REGİONLAR


Yevlaxda keçirilən əmək yarmarkasında 93 nəfər işə göndəriş alıb

Yevlax, 11 oktyabr, AZƏRTAC

Yevlax şəhərində əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə növbəti əmək yarmarkası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əmək yarmarkasının açılışında çıxış edənlər əhalinin məşğulluğunun təmin edilməsi, yoxsulluğun aradan qaldırılması, yeni iş yerlərinin yaradılması məqsədi ilə həyata keçirilən tədbirlərdən danışıblar.

Əmək yarmarkasına 31 idarə, müəssisə və təşkilat tərəfindən 160 boş iş yeri çıxarılıb. Yarmarkada iştirak edən işaxtaran vətəndaşlardan 93 nəfəri öz istəyinə və ixtisasına uyğun işə göndəriş alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.