REGİONLAR


Yevlaxda mal-qaranın cins tərkibi yaxşılaşdırılır

İlin əvvəlindən süni mayalama yolu ilə 191 baş buzov alınıb

Yevlax, 5 avqust, AZƏRTAC

Yevlax rayonunda heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. 2018-ci ilin yeddi ayında rayonda fəaliyyət göstərən süni mayalama texnikləri tərəfindən 407 baş inək və düyə süni yolla mayalandırılıb, 191 baş sağlam cins buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz”, “Simmental”, “Şvis” cinsindən olan buğaların toxumları istifadə edilir.

Əldə edilən yüksək nəticələr, həmçinin süni mayalanmadan alınan hər buzova görə fermerlərə 100 manat subsidiya müəyyənləşdirilməsi süni mayalama tədbirlərinə marağı artırıb. Cari ilin üç ayında Yevlax rayonu üzrə 87 nəfər heyvan sahibinə süni mayalama yolu ilə alınmış 97 buzovun hər birinə 100 manat olmaqla, ümumilikdə, 9700 manat məbləğində subsidiya ödənilib. Növbəti aylarda doğulan buzovlar üçün də subsidiya hesablanıb və tezliklə heyvan sahiblərinə ödəniləcək. Subsidiyalar Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyaların verilməsi” Qaydasına əsasən verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.