REGİONLAR


Yevlaxda narkotik satan şəxs saxlanılıb

Yevlax, 11 iyul, AZƏRTAC

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitə olan heroin və metamfetaminin (patı) satışı ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Orxan Bəkirov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman satış məqsədilə qablaşdırılmış 31 bükümdə 8 qrama yaxın heroin və metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.