CƏMİYYƏT


Yevlaxda oğurluq edən şəxs tutulub

Bakı, 4 avqust, AZƏRTAC 

Yevlax şəhəri ərazisindəki evlərdən müxtəlif məişət və elektrik əşyaları oğurlayan şəxs rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, bir qrup rayon sakini onlara məxsus evlərdən oğurluq edilməsi barədə rayon polis şöbəsinə müraciət edib. Müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini M.Nadirov saxlanılıb. Araşdırmalarla onun zərərçəkmişlərə məxsus evlərin həyətindən ümumi dəyəri 575 manat olan iki samovar və 800 manat dəyərində paltaryuyan maşın oğurladığı müəyyənləşdirilib. Oğurlanmış əşyalar maddi sübut kimi götürülüb. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.