CƏMİYYƏT


Yevlaxda pensiya qanunvericiliyindəki dəyişikliklərlə əlaqədar seminar-müşavirə keçirilib

Bakı, 26 sentyabr, AZƏRTAC

Yevlaxda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu pensiya qanunvericiliyindəki son dəyişikliklərlə əlaqədar yerli qurumların pensiya sektorlarının əməkdaşları üçün seminar-müşavirə keçirilib. Seminar-müşavirədə Yevlax, Mingəçevir, Bərdə, Ağcabədi, Laçın, Ağdam, Tərtər və Ağdaş rayon şöbələrinin əməkdaşları iştirak edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, seminar-müşavirədə pensiya qanunvericiliyindəki son dəyişikliklərin pensiya təminatı sisteminin qabaqcıl dünya təcrübəsinə uyğun olaraq sığorta prinsipləri əsasında təkmilləşdirilməsi və pensiya hüquqlarının adekvat sığorta təminatı əsasında formalaşmasına xidmət etdiyi qeyd edilib.

Fondun mütəxəssisləri bağlı slayd və təqdimatlar vasitəsilə dəyişikliklərin mahiyyətini, bu dəyişikliklərlə əlaqədar pensiya və sosial sığorta sektorları əməkdaşları qarşısında duran vəzifələri və konkret istiqamətlər üzrə görüləcək işləri diqqətə çatdırıblar. Pensiyaların indeksləşdirilərək artırılmasının yeni qaydasına, 2017-ci il iyulun 1-dək təyin olunmuş əmək pensiyaları məbləğinin şərti çevrilməsinə, həmin vaxta qədər istifadə edilməmiş pensiya kapitalının yenidən hesablanmasının aparılmasına və pensiya yaşının qanunvericilikdə nəzərdə tutulan qaydada artırılmasına dair praktik izahatlar verilib. Həmçinin pensiya öhdəliklərinin strukturu, yaşa və əlilliyə görə pensiya hüququnun yaranması, işləyən yaşa görə pensiyaçıların pensiyalarının yenidən hesablanması qaydası, pensiyaların yeni maliyyələşmə mexanizmi və s. əməkdaşlara ətraflı şəkildə izah olunub.

Pensiya sektoru işçilərinin yeni dəyişikliklərin tətbiqi ilə əlaqədar suallarına cavablar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.