Yevlaxda qonşusunu odlu silahla qətlə yetirən şəxs tutularaq istintaqa cəlb olunub
AzerTAg.az
Bakı, 21 fevral, AZƏRTAC
Fevralın 21-də saat 13 radələrində Yevlax rayonunun Qaraoğlan kəndi ərazisində 1983-cü il təvəllüdlü̈ Səfərov Xəyal Qəmbər oğlunun üzərində odlu silah yarası xəsarəti olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Yevlax Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış̧ keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış̧ ilkin araşdırmalarla zərərçəkmişin qonşusu 1990-cı il təvəllüdlü̈ Qorxmaz Həsənəliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış̧ mübahisə zamanı odlu silahdan atəş açaraq Xəyal Səfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Qorxmaz Həsənəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbərin mətnində orfoqrafik səhv var