REGİONLAR


Yevlaxda radikalizm və ekstremizm mövzusuna həsr olunmuş tədbir keçirilib

Bakı, 17 fevral, AZƏRTAC

Fevralın 17-də Yevlax şəhər 2 nömrəli tam orta məktəbdə "Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq" mövzusunda seminar keçirilib.

AZƏRTAC Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) saytına istinadla xəbər verir ki, tədbirdə dini fanatizm, radikalizm və ekstremizmin bu gün cəmiyyətin ən böyük bəlalarından biri olduğu vurğulanıb. Həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən məktəblərdə bu mövzu ilə bağlı keçirilən maarifləndirici tədbirlərin əhəmiyyəti qeyd edilib.

O da bildirilib ki, radikal və ekstremist fikirli şəxslərə qarşı mübarizədə ən effektiv yol maarifləndirmədir.

Sonda mövzu ətrafında məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.