İDMAN
Yevlaxda regionu təmsil edən məşqçilər və cüdoçular üçün şərait yaradılır, maddi-texniki baza təkmilləşdirilir
Bakı, 17 iyun, AZƏRTAC
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Yevlax şəhərində regionu təmsil edən məşqçilər və cüdoçularla görüşüb.
ACF-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Yevlaxda 120-ə yaxın gənc və yeniyetmənin cüdo idman növü ilə məşğul olduğu barədə məlumat verilib. Federasiyanın prezidenti bölgədə idmançılar üçün yaradılan şəraitlə tanış olub və maddi-texniki bazanın təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarını verib, məşqçi müəllimlərin uşaq və yeniyetmələrlə işlərini müasir tələblərə uyğun qurmaları üçün tövsiyələrini verib.
Rəşad Nəbiyev cüdonun daha da kütləviləşdirilməsi ilə uşaq, yeniyetmə və gənclərin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişmələrinə dəstəyin göstərilməsinin Azərbaycan Cüdo Federasiyasının əsas məqsədlərindən biri olduğunu qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]