ELM VƏ TƏHSİL
Yevlaxda təhsil işçilərinin sentyabr konfransı keçirilib
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Yevlax şəhəri Mərkəzi Mədəniyyət Evində Yevlax, Mingəçevir, Ağdaş və Bərdə təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, konfransda Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova, sözügedən bölgələrin təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanan konfransda Təhsil Nazirliyinin Lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayevin adıçəkilən bölgələrin ötən tədris ili üzrə fəaliyyəti barədə, Təhsil İnstitutunun əməkdaşı Könül Nəhmətovanın əlavə təhsil və ixtisasartırma kurslarının təşkili barədə çıxışları dinlənilib.
Konfrans müzakirələrlə davam etdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]