REGİONLAR


Yevlaxda ulu öndər Heydər Əliyevin 98-ci ildönümü ilə əlaqədar şahmat birinciliyi keçirilib

Yevlax, 4 may, AZƏRTAC

Yevlax Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş məktəblilər arasında şahmat üzrə rayon birinciliyi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb, idmançılara uğurlar arzulayıb. Bildirib ki, ölkəmizdə idman növü kimi şahmatın kütləvi inkişafı ötən əsrin 70-ci illərindən başlayıb. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həmin dövrdə rayon mərkəzlərində və şəhərlərdə şahmat məktəbləri tikilib istifadəyə verilib, peşəkar şahmatçılar nəsli yetişdirilib və Azərbaycan şahmat məktəbinin əsası qoyulub. Dahi şəxsiyyət ölkəmizin müstəqillik dövründə də şahmatın inkişafına diqqət göstərib, onun himayə və qayğısı ilə bu sahədə möhkəm maddi-texniki baza yaradılıb.

E.Əzimova “Şahmatın inkişafı bu gün Azərbaycanda dövlət siyasətidir”, – deyən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şahmat infrastrukturunun müasirləşdirilməsindən də danışıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov bildirib ki, müasir Azərbaycan Respublikasının qurucusu və memarı ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın gələcəyini istedadlı, savadlı yeniyetmə və gənclərdə görürdü. Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş bu turnir məhz yeniyetmə və gənclərin bacarıq və istedadlarını üzə çıxarmaq, elmə, biliyə marağını artırmaq, onları Ümummilli Liderin irsinə sadiqlik ruhunda tərbiyə etmək məqsədi daşıyır.

“Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, təhsil şöbəsinin müdiri Namidə Abbasova, YAP Yevlax rayon təşkilatının sədr müavini Vahid Quliyev ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb, onun əbədiyaşar siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar.

Yevlax Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru Rəşad Bəhmənli yarış haqqında ətraflı məlumat verdikdən sonra birinciliyə başlanılıb.

Yarışda Elçin Ağayev birinci, Ziya Əlibəyli ikinci, Namiq Varşabov üçüncü yerə layiq görülüb. Qalib şahmatçılara fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.