REGİONLAR


Yevlaxda uşaq bağçalarının açılışına hazırlıq işləri başa çatıb VİDEO

Yevlax, 12 fevral, AZƏRTAC

Ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan tədbirlər nəticəsində sanitar vəziyyətin yaxşılaşması ilə əlaqədar fevralın 15-dən Yevlax şəhəri üzrə fəaliyyət göstərən dövlət uşaq bağçaları fəaliyyətini davam etdirəcək. Uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkün olduğundan Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, icra hakimiyyətinin tabeçiliyində olan bütün bağçalarda dezinfeksiya işləri aparılıb. Bağça əməkdaşları hazırkı şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb.

Uşaq bağçalarında geniş təmizlik, tibbi-profilaktik işlər görülüb. Bütün bağçalar tibbi maskalar, əlcəklər, hərarət ölçən aparatlar, dezinfeksiya məhlulları ilə təmin edilib. Bağçaların oyun, yataq və digər otaqlarında da hazırlıq işləri aparılır. Otaqların havalandırılması və təlimata uyğun dezinfeksiyası üçün tədbirlər görülür. Mətbəx və sanitariya qovşaqlarında mütəmadi dezinfeksiya işləri aparılacaq.

Bağçaların girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulub. Hər gün bağçaya gələn işçi heyətin və uşaqların temperaturu ölçüləcək, tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlayacaqlar. Həftəsonu bütün bağçalarda tam dezinfeksiya işləri icra ediləcək.

Yevlaxda uşaq bağçaları fəaliyyətə başladıqdan sonra xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində işləyəcək. Bu müəssisələrdə sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət Yevlax Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.