REGİONLAR


Yevlaxda xüsusi karantin rejimi qaydalarının təmin olunması ilə bağlı maarifləndirmə tədbirləri genişləndirilib

Yevlax, 29 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Yevlax rayonu ərazisində koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün işlər davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon ərazisində koronavirus pandemiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq, qabaqlayıcı profilaktik tədbirlər həyata keçirmək məqsədilə maarifləndirmə işləri genişləndirilib. Yevlax Şəhər İcra Hakimiyyətinin əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, bələdiyyələr, digər qurumlar və polis orqanlarının nümayəndələrindən ibarət, hərəsində 3 nəfər olmaqla 28 mobil qrup yaradılıb. Fərqləndirici sarğı, qoruyucu maska, şəxsi dezinfeksiya-mühafizə vasitələri ilə təmin olunmuş və təlimatlandırılmış qrup üzvləri yerlərdə əhalini karantin rejiminin tələbləri barədə məlumatlandırırlar. İndiyədək mobil qrupun üzvləri tərəfindən yerlərdə 2500 nəfər sakinlə maarifləndirici söhbət aparılıb.

Xüsusi karantin rejiminin elan edilməsi ilə əlaqədar rayona giriş-çıxış məhdudlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.