Yevlaxda yaşayış məntəqələrinin qazlaşdırılması başa çatmaq üzrədir
AzerTAg.az
Yevlax, 25 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Yevlax rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması başa çatmaq üzrədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax rayonun 50 yaşayış məntəqəsindən 46-sı təbii qazdan istifadə edir. Qalan dörd kəndin üçündə - Nəmirli, Dəlləklər və Köyük kəndlərində qaz xətlərinin çəkilişi yekunlaşıb. Bəydili kəndinin isə qazlaşdırılmasına başlanılıb. Bununla da Yevlax rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması 100 faizə çatacaq.
Bununla yanaşı, Tanrıqulular kəndində salınmış yeni məhəllənin qazlaşdırılması da həyata keçirilir.
34 min metr uzunluğunda müxtəlif diametrli borulardan istifadə etməklə qaz xətlərinin çəkilişi davam etdirilir, sayğaclar quraşdırılır.

Xəbərin mətnində orfoqrafik səhv var