REGİONLAR


Yevlaxlı gənclər pandemiyaya qarşı mübarizə tədbirlərinə dəstək olurlar

Yevlax, 26 may, AZƏRTAC

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) başlatdığı “Bir-birimizi qoruyaq” kampaniyasına Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin "Gənc könüllüləri" və Yevlax Şəhər İcra Hakimiyyətinin könüllüləri də qoşulub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kampaniya çərçivəsində gənclər əhalinin kütləvilik təşkil etdiyi ərazilərdən olan Yevlax şəhər mərkəzi bazarında və Yevlax Şəhər Mərkəzi Xəstəxanasında vətəndaşlar arasında maarifləndirmə işləri aparıb, əllərini dezinfeksiya etdikdən sonra onlara əlcək və maska paylayıblar.

Qeyd edək ki, “Bir-birimizi qoruyaq” kampaniyası karantin rejiminin yumşaldılması ilə əlaqədar vətəndaşların kütləvi toplaşdığı yerlərdə sosial məsafənin qorunması və digər davranış qaydaları barədə ictimai maarifləndirmənin aparılması, cəmiyyətimizin sağlamlığının qorunması məqsədi daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.