REGİONLAR


Yevlaxlı kümçülər bu günədək 10 ton 984,4 kiloqram barama tədarük ediblər

Yevlax, 25 iyun, AZƏRTAC

Yevlax rayonunda barama tədarükü davam edir. Artıq kümçülərin yetişdirdikləri 10 ton 984,4 kiloqram məhsul rayonda “Azəripək” MMC-nin nümayəndələri tərəfindən qəbul edilib.

Yevlax Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il rayonun 49 yaşayış məntəqəsində 140 ailə tərəfindən 351 qutu (6669 qram) ipəkqurdu toxumu yetişdirib. Cari mövsümdə Yevlaxda 14 tonadək barama tədarük ediləcəyi gözlənilir.

Qeyd edək ki, ötən il Yevlax rayon kümçüləri 5,6 ton yaş barama istehsal edərək “Azəripək” MMC-yə təhvil veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.