REGİONLAR


Yevlaxlı taxılçılar bu günədək 6513 hektar sahədə biçin aparıblar

Yevlax, 14 iyun, AZƏRTAC

Yevlax rayonunda taxıl biçininin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib.

Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu günədək 4675 hektar sahədə arpa, 1838 hektar sahədə buğda biçilib, 18 min 22 ton məhsul tədarük edilib. Hər hektardan orta məhsuldarlıq buğda sahələrində 29,2 sentner, arpa sahələrində isə 27 sentnerdir. Hazırda rayonda taxıl biçini sürətlə davam edir.

Qeyd edək ki, cari ilin məhsulu üçün Yevlax rayonunda 10 min 565 hektar sahədə taxıl becərilib. Bunun 5779 hektarı buğda, 4786 hektarı arpa zəmiləridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.