REGİONLAR


Yevlaxlılar Şuşanın azad olunmasını böyük sevinc və qürur hissi ilə qeyd ediblər VİDEO

Yevlax, 8 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan Ordusunun qədim Şuşa şəhərini işğaldan azad etməsi ölkəmizin hər yerində olduğu kimi Yevlaxda da sevinc və qürur hissi ilə qeyd edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, noyabrın 8-də Yevlax şəhərində Azərbaycan Ordusunun əldə etdiyi zəfər, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etməsi ilə bağlı yürüş-aksiya keçirilib. Yevlaxlılar əllərində Azərbaycan bayrağı şəhərin prospekt və küçələrinə axışaraq Şuşa zəfərinin sevincini paylaşıblar. Yürüş iştirakçıları "Qarabağ!", "Qarabağ bizimdir, bizim olacaq!", "Qarabağ Azərbaycandır!", "Yaşasın Ali Baş Komandan!", "Yaşasın Azərbaycan ordusu!" kimi şüarlar səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.