REGİONLAR


Yevlaxlılar tarixi qələbənin sevincini yaşayırlar FOTO VİDEO

Yevlax, 10 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu gecə xalqa müraciət edərək şanlı qələbəmizin müjdəsini verməsi ölkəmizin hər yerində olduğu kimi, Yevlaxda da sevinc və qürur hissi ilə qeyd edilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezidentin müraciətindən sonra yevlaxlılar qələbənin sevincini paylaşmaq üçün küçələrə çıxıblar. Yevlaxlılar əllərində Azərbaycan bayrağı və Ali Baş Komandanın portretləri şəhərin prospekt və küçələri ilə mərkəzi meydana axışaraq "Qarabağ!" "Qarabağ Azərbaycandır!", "Yaşasın Ali Baş Komandan!", "Yaşasın Azərbaycan Ordusu!" "Qələbə" kimi şüarlar səsləndiriblər. Rayon sakinləri musiqi sədaları altında rəqs edib, yallı gediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.